Xəzər Universitetində tələbələr arasında dava düşüb.
“Den.az” Modern.az-a istinadən xəbər verir ki, tələbələrdən biri digərini bıçaqlayıb.
Hadisə yerinə təcili yardım qrupu və polis əməkdaşları cəlb edilib.
Yaralı tələbənin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, Xəzər Universitetində tələbəni bıçaqlayan şəxs saxlanılıb.
O qeyd edib ki, mayın 29-da Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
“Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır”, - qurum rəsmisi deyib.