Abşeronda kuryerlər arasında kütləvi dava olub.
Den.az xəbər verir ki, hadisə ötən gecə Xırdalan şəhər Kristal 1 ünvanında baş verib.
Kütləvi dava zamanı bir neçə şəxsin bir nəfərə qarşı qəddarcasına hücumu olub. Gənc oğlan yumruq və təpiklərlə , eləcədə taxta parçası ilə döyülüb , sonra isə bıçaqlanıb.
Hadisənin qız üstündə baş verdiyi iddia olunur.
Şahidlərin sözlərinə görə 22 yaşlı kuryer Vüsal Orucov – qan içində yerdə qalıb. Ətrafdakıların köməkliyi ilə hadisə yerinə təcili tibbi yardım çağırılıb.
Vüsal Orucov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxslər isə ərazini tərk edib.
Qanlı hadisənin təfərrüatları araşdırılır. Şahidlər bildirirlər ki, bu, heç kimin gözləmədiyi anda baş verib.Əraziyə Abşeron rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli DenazTv-yə bildirib ki, “Axşam saatlarında Abşeron rayonunda moped sürücüləri (kuryerlər) arasında insident olması ilə bağlı polisə məlumat daxil olub. İlkin məlumata görə insidentdə tərəflərdən biri — 22 yaşlı şəxs müxtəlif dərəcəli xəsarət alıb. Ərazi polis orqanında araşdırma aparılır, əməli törədən şəxs, yaxud şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.”
Faktla bağlı araşdırma aparılır...