24 
iyl
2023
14:30
340

Beş dost dənizə getdi, üçü qayıtmadı... - FOTO

24 iyl, 2023
14:30
340

Beş dost dənizə getdi, üçü qayıtmadı... - FOTO

Siyəzənin Zarat kəndi ərazisində dənizdə batan şəxslərin axtarışları davam etdirilir.

"Den.az"ın Şimal bürosunun məlumatına görə, ötən gün axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında dənizdə, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazidə batan 3 nəfərdən ikisinin Siyəzən rayon sakinləri - 2007-ci il təvəllüdlü Manafov Mehdi Elgün oğlu, 2006-cı il təvəlludlü Bəşirov Rəvan Hacıəhməd oğlunun axtarışları davam etdirilir.

Batan şəxslərin qohumları "Den.az"ın yerli bürosuna bildiriblər ki, bu gün səhər saatlarında axtarışa qatılan yerli sakinlər tərəfindən 2006-cı il təvəllüdlü Bakı şəhər sakini Neət Əhmədovun cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Siyəzən Rayon İcra Hakimiyyətnin Zarat inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vaqif Şahbazov "Den.az"ın yerli bürosuna bildirib ki, sözügedən ərazidə yay mövsümü boyu hər gün yüzlərlə insanlar bu çimərlikdən istifadə edir: "Ötən gün də sakinlərin sıxlığı müşahidə olunub. Adı qeyd olunan şəxslər də ehtiyatsızlıq nəticəsində batıblar".

Məlumat üçün qeyd edək ki, hazırda axtarış işləri FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Nüşabə Baxşıyeva

 



Bizimlə əlaqə saxlayın

Çox oxunanlar