19 
apr
2024
07:56
102

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir + Yenilənib

19 apr, 2024
07:56
102

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir + Yenilənib

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti tapılıb.

“Den.az” "Report"a istinadən xəbər verir ki, V.Süleymanovun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabın Pərvanlı kəndindən keçən hissəsində tapılıb.

Amma atası ilə birlikdə batan 6 yaşlı Səma Süleymanlının axtarışları davam edir.

Xatırladaq ki, Zərdab rayonu Qoruqbağı kənd sakini Vaqif Süleymanov ailəsi ilə istirahət edirmiş. Bu zaman 6 yaşlı qızı Səma Kürə düşüb, atası isə onu xilas etmək istəyərkən boğulub.

***

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları davam etdirilir.


Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar