30 
mar
2024
10:56
92

Gəncədə türk tələbələr arasında dava - Xəsarət alan var

30 mar, 2024
10:56
92

Gəncədə türk tələbələr arasında dava - Xəsarət alan var

Gəncədə Türkiyəli tələbə həmyerlisi tərəfindən başından bıçaqlanıb.

Den.az Apa-ya istinadən xəbər verir ki, hadisə Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında qeydə alınıb. Belə ki ADAU yataqxanasında qalan Türkiyə vətəndaşı Bayer Kaan Ərmağan oğlu aralarında yaranmış şəxsi mübahisə zamanı 22 yaşlı həmyerlisi Ağır Hüseyn Harun oğlunun başına bıçaq ilə vurub. Nəticədə sonuncu baş nahiyyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, ona yardım edilib. 22 yaşlı tələbənin vəziyyətinin kafi olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır, müvafiq ekspertiza təyin olunub, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar