22.07.2025-ci il tarixində saat 02:30 radələrində 1984-cü il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.
Den.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, ona döş qəfəsinin daxilə keçmiş kəsilmiş, deşilmiş yarası, ağciyərin zədələnməsi diaqnozları təyin olunub. Vəziyyəti orta ağır olan pasiyentin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, qadının keçmiş əri tərəfindən bıçaqlandığı bildirilir.