Dünən atası tərəfindən bıçaqlanan azyaşlının vəziyyəti açıqlanıb.
Bu barədə TƏBİB-dən Den.az-ın sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 23.07.2024-cü il tarixində saat 01:15 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən bıçaqlanma səbəbilə çağırış daxil olub.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Nəticədə 3 nəfər xəsarət alıb.
2020-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) saat 01:50 radələrində bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Azyaşlıya zəruri tibbi xidmət göstərildikdən sonra cərrahi profilli Reanimasiya şöbəsinə hospitalizasiya edilib. Vəziyyəti ağır stabil qiymətləndirilir.
Xəsarət alan 10 yaşlı uşaq (kişi cinsli) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Xəsarət alan 50 yaşlı şəxs (kişi cinsli) qarının ön divarının və sol topuğun kəsilmiş yaraları diaqnozu ilə polis müşayiəti altında Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Aparılan zəruri tibbi xidmətlərə baxmayaraq, saat 03:35 radələrində ölüm faktı qeydə alınıb.
Xatırladaq ki, iyulun 23-də saat 01 radələrində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarətlər alması barədə Bakı şəhəri Suraxanı rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla rayonun Binə qəsəbəsi ərazisində yaşayan 1974-cü il təvəllüdlü Rza Eyyubovun kəsici-deşici alətlə əvvəlcə 2 azyaşlı oğluna, daha sonra isə özünə xəsarətlər yetirməsi nəticəsində sonuncu və azyaşlılardan birinin ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Atası tərəfindən bıçaqlanan azyaşlının vəziyyəti açıqlandı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.