Qubada avtomobil çaya aşıb.
“Den.az” xəbər verir ki, hadisə Xınalıq yolunda baş verib.
Belə ki, Şəki rayon sakini Sərdar Abbasovun idarə etdiyi 90-KE-880 dövlət nömrə nişanlı “Toyota” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq körpüdən çaya düşüb.
Hadisə zamanı nəqliyyat vasitəsində olan sərnişinlər - Səbuhi Abbasov və Vüsalə Rəcəbova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Qafqazinfo.az