Tovuz sakini çaya düşərək ölüb.
“Den.az” xəbər verir ki, hadisə Düz Cırdaxan kəndində baş verib.
Kənd sakini 1959-cu il təvəllüdlü Əlizadə Ələkbərov suvarma işi görmək istəyərkən çaya yıxılıb.
Köməksiz vəziyyətdə qalan kişi həyatını itirib.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.