Abşeron rayonunda faciəvi hadisə baş verib.
“Denmedia.az” məlumat verir ki,Saray qəsəbəsində yerləşən yaşayış kompleksində azyaşlı uşaq binanın 8-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
İlkin məlumata görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.