Abşeronda fəhlə hündürlükdən yıxılaraq ölüb.
Den.az xəbər verir ki, hadisə Xırdalan şəhərində inşası davam edən çoxmərtəbəli binada qeydə alınıb.
Tikintidə fəhlə kimi çalışan 48 yaşlı Vüqar Cəfərov hündürlükdən yıxılaraq öıüb.
Meyit müvafiq ekspertiza üçün təhvil verilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.