Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Denmedia.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində olub.
14 yaşlı Nuri Gülbahar binanın yüksək mərtəbələrindən birindən yıxılaraq həyatını itirib.
İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.