Gəncə şəhərində velosipeddən yıxılan 8 yaşlı uşaq vəfat edib.
“DenMedia.az” xəbər verir ki, 2017-ci il təvəllüdlü A. Abbasova ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.
Həkimlərin səyinə baxmayaraq uşaq xəstəxanada vəfat edib.
İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı araşdırma aparılır.