Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.
“Den.az”-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Lətafət İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 52 yaşlı qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılsa da, təcili tibbi yardım avtomobilində dünyasını dəyişib.
Faktla bağlı araşdırma başlanılıb.