Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Denmedia.az” xəbər verir ki, Şərur rayon sakini 1989-cu il təvəllüdlü Kamal Cəlalov gecə saatlarında “Şamaxinka” adlanan ərazidə səkidə ehtiyatsızlıqdan yıxılıb. Başı səkiyə çırpılan şəxs hadisə yerində vəfat edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.Qafqazinfo.az