Salyan rayonunda 62 yaşlı kişi ehtiyatsızlıqdan xəsarət alıb.
DenMedia.az“Report”a istinadla xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Tağıyev İskəndər Adışırin oğlu bədəninin müxtəlif yerlərində güllə seçmə yaraları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaxınlarının dediyinə görə, o, çöldə böyürtkən yığan zaman tanımadığı şəxs tərəfindən ov tüfəngi ilə güllələnib.
TƏBİB-dən verilən məlumata görə, İskəndər Tağıyevə sol göz, sağ çiyin, sağ budun yuxarı 1/3 hissəsinin, sol əlin yaraları diaqnozu ilə zəruri tibbi xidmətlər göstərilib. Hazırda cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.