Xaçmaz sakininin cinsiyyət orqanı tam amputasiya ediləcək.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından
Den.az-a bildirir ki, 15.05.2025-ci il saat 00:30 radələrində Xaçmaz rayonunda xəsarət alan 1983-cü il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona xarici cinsiyyət orqanının tam amputasiyası diaqnozu qoyulub.
Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.
***
11:00:13- Xaçmaz rayonunun Fərzəlioba kəndində bıçaqlanma hadisəsi baş verib.
"Den.az"-ın məlumatına görə, kənd sakini, 39 yaşlı Mübariz Zahid oğlu Şıxmuradovun boyun-boğaz və cinsiyyət orqanına bıçaqla xəsarət yetirilib. O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona xəsarət yetirən şəxsin həmkəndlisi Səbuhi Mahmudov olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Nüşabə Baxşıyeva