Taylandın Ratburi əyalətində böyük bir bazarın sahibi olan 64 yaşlı milyonçu iş qadını Tunyapornun qalıqları kanalda aşkarlanıb.
DenMedia.az xəbər verir ki, bu barədə The Thaiger nəşri məlumat yayıb.
Yaxınları Tunyapornun itkin düşməsi ilə bağlı polisə 28 sentyabr, bazar günü müraciət ediblər. Ertəsi gün günorta saatlarında qadının meyiti evinin yaxınlığındakı kanalda tapılıb. Onu xilas etmək mümkün olmayıb.
Polis qadının bədənində zorakılıq izləri aşkar etməyib.
Yaxınlarının sözlərinə görə, Tunyaporn son vaxtlar yuxusuzluqdan əziyyət çəkirdi və bu səbəbdən psixiatrın nəzarətində idi. O, təzə məhsullar bazarının sahibi idi və şəxsi sərvətinin 100 milyon bat (təxminən 258 milyon rubl) olduğu bildirilir. Tunyaporn heç vaxt ailə qurmamış və bacı-qardaşları ilə birlikdə yaşayırdı.
Hazırda polis hadisənin səbəblərini araşdırır.