Xəbər verdiyimiz kimi , Bakı-Quba yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az xəbər verir ki, hadisə yolun 21-ci kilometrliyində qeydə alınıb.
İlkin məlumata görə, motosiklet yolu keçmək istəyən piyadanı vurub. Güclü toqquşma nəticəsində motosiklet sürücüsü, 1985-ci il təvəllüdlü Zaur Abdullayev hadisə yerində dünyasını dəyişib. Piyada isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, qəza nəticəsində həlak olan Zaur Abdullayev Sumqayıt şəhər 1 saylı “Asan Xidmət” Mərkəzinin əməkdaşıdır. O, mərkəzdə səyyar İT əməkdaşı kimi fəaliyyət göstərirmiş.
Hazırda faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.
Ellada Rəsul
DenMedia.az