Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada ağır yaralanıb.
Den.az xəbər verir ki, hadisə zamanı yolu keçən 1980-ci il təvəllüdlü Mətləb Qəhrəmanov avtomobil tərəfindən vurulub.
Baş vermiş hadisə nəticəsində Mətləb Qəhrəmanov ciddi xəsarət alaraq hadisə yerində huşunu itirib. Dərhal tibbi yardım göstərilən yaralı Sumqayıt şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Ona qarnın küt travması sol baldır sümüklərının sınığı diaqnozu qoyulub.
Hadisə ilə bağlı araşdırmalar davam edir və yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verən bu qəzanın səbəbləri hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilir.