Tomsk vilayətində tanımadığı qadına sırğalarına görə hücum edən hərbçiyə hökm oxunub.
DenMedia.az xəbər verir ki, bu barədə 2-ci Şərq dairə hərbi məhkəməsi məlumat yayıb.
İstintaq müəyyən edib ki, hərbi qulluqçu spirtli içkinin təsiri altında olarkən əvvəllər tanımadığı qadına hücum edib.
O, qadını boğazından tutaraq zorla mənzilə sürüyüb, divana yıxaraq mətbəx bıçağı ilə iki dəfə boğaz nahiyəsindən zərbə endirib.
Daha sonra cinayətkar qadının sol qulağını kəsərək sırğanı çıxarıb və sağ qulağındakı ikinci sırğanı da oğurlayıb.
Hücum nəticəsində qadın yüngül bədən xəsarətləri alıb və 16 min rubl məbləğində maddi zərər çəkib.
Məhkəmə təqsirləndirilənə üç il müddətinə ümumi rejimli koloniyada azadlıqdan məhrumetmə cəzası verib.
Bundan əlavə, məhkəmə zərərçəkmişin mülki iddiasını da təmin edib.