Kürdəmirdə ailə münaqişəsi baş verib ər arvada 10 bıçaq xəsarəti yetirib.
DenMedia.az xəbər verir ki, hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb.
Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində kənd sakini Nizami Hüseynov həyat yoldaşı 31 yaşlı Sara Hüseynovaya bədənin müxtəlif nahiyələrindən 10 bıçaq xəsarəti yetirib.Ağır bədən xəsarətləri alan yaralı dərhal yaxınlarının köməyilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata alınıb.Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Qeyd edək ki, cütlük 14 ilə yaxın idi iki ailə qurublar və onların bu evlilikdən iki azyaşlı uşaqları var.Hadisəni törətməkdə şübhəli bilinən Nizami Hüseynov 10 ildən artıq idi ki N saylı hərbi hissəsdə gizir kimi çalışırdı.Hadisəni törətməkdə şübhəli bilinən Nizmai Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi açılıb və araşdırmalar davam etdirlir.