Xəbər verdiyimiz kimi, ötən gün Kürdəmirdə faciə baş verib.
DenMedia.az xəbər verir ki, 36 yaşlı kişini işlədiyi yerdə yüksək gərginlikli elektrik vuraraq öldürüb. Hadisə Bakı-Qazax dəmir yolu xəttinin rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.Belə ki,rayonun Xırdapay kənd sakini 1989-cu il təvəllüdlü Bağırov Məhəbbət Ağamurad oğlu dəmir yoluna aid elektrik xəttində iş görərkən onu yüksək gərginlikli cərəyan vurub.Ağır bədən xəsarəti alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.
Onun meyiti Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.Qeyd edək ki,mərhum Məhəbbət Bağırov 10 ilə yaxın idi elektrik şəbəkəsində mantyor işləyirdi ailəli idi onun iki gözdən əlil bir oğul və bir qız övladı var.Hazırda faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.
Aqil Əsədov
DenMedia.az