Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az xəbər verir ki, qəza Müşfiqabad qəsəbəsi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, içi yüklə dolu TIR idarəetməni itirərək aşıb. Hadisənin dəqiq səbəbləri hələlik müəyyənləşdirilməyib.
Hadisə yerinə dərhal polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadaları cəlb olunub. FHN əməkdaşları təhlükəsizlik tədbirləri görərək ərazidə yanğın və partlayış riski olub-olmadığını yoxlayıblar.
Hazırda ölən və ya xəsarət alan şəxslər barədə məlumat verilmir. Hadisə ilə bağlı araşdırma aparılır.
Qəzaya səbəbin sürücünün ehtiyatsızlığı, texniki nasazlıq və ya yol şəraiti ilə əlaqəli olub-olmaması ekspertiza tərəfindən müəyyən ediləcək.




Ellada Rəsul
DenMedia.az

