Kentukki ştatının qubernatoru Endi Beşir bildirib ki, UPS şirkətinə məxsus yük təyyarəsinin Luisvill Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması nəticəsində azı 3 nəfər həlak olub, 11 nəfər yaralanıb.
“Axtarış-xilasetmə əməliyyatı davam etdikcə, qurbanların sayı arta bilər,” — deyə Beşir YouTube üzərindən yayımlanan brifinqdə bildirib.
Bütün yaralılar yerli xəstəxanalara yerləşdirilib, bir neçəsinin vəziyyəti ağırdır.
İlkin məlumata görə, qəzanın səbəbi təyyarənin mühərrikində baş vermiş yanğın olub. Xilasetmə xidmətləri hadisə yerində işləyir və qəzanın dəqiq səbəbləri araşdırılır.
McDonnell Douglas MD-11 tipli yük təyyarəsi 5 noyabr gecəsi qəzaya uğrayıb. Luisvill polis idarəsi hadisəni təsdiqləyib və xəsarət alanların olduğunu açıqlayıb.

