Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.
Den.az xəbər verir ki, hadisə paytaxt Dəkkədə baş verib. Təlim uçuşu zamanı idarəetməni itirən təyyarə məktəb binasına çırpılıb.
Qəza nəticəsində 1 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin vəziyyəti ağırdır.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Rəsmi qurumlar qəzanın texniki nasazlıq və ya pilot səhvi ilə bağlı olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.