Surgut şəhərində bağ evində baş verən yanğın nəticəsində yeddi nəfər — dördü uşaq, üçü böyüklər — həlak olub/
DenMedia.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə 2025-ci il 5 noyabr gecəsi “Pribrejniy-1” bağçılıq cəmiyyətinin ərazisində qeydə alınıb. Yanğınsöndürənlər alovun söndürülməsi zamanı iki mərtəbəli bağ evinin içərisində yanaraq həlak olmuş insanların cəsədlərini aşkarlayıblar.
Hadisə ilə bağlı İstintaq Komitəsinin Xanti-Mansi Muxtar Dairəsi — Yuqra üzrə idarəsi tərəfindən CM-nin 109-cu maddəsinin 3-cü bəndi (“Ehtiyatsızlıq nəticəsində iki və ya daha çox şəxsin ölümünə səbəb olma”) ilə cinayət işi açılıb.
Hazırda istintaq və operativ qruplar hadisə yerində işləyir, yanğının səbəbləri, şərait və həlak olanların şəxsiyyətləri müəyyənləşdirilir.

