apr
2024
12:46
103

Bərdədə FACİƏ: 15 yaşlı oğlan yanaraq öldü

1 apr, 2024
12:46
103

Bərdədə FACİƏ: 15 yaşlı oğlan yanaraq öldü

Bərdədə fərdi yaşayış evində yanğın olub.

Den.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli, 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb, alov söndürülüb.

Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xilas olunaraq təhvil verilib.

2009-cu il təvəllüdlü Həsənzadə Rafael Rauf oğlu Bərdə xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.(APA)

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar