Krasnodarda məhkəmə öz azyaşlı oğluna hücum edən 26 yaşlı ananı günahkar bilib və ona 10 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib. DenMedia.az xəbər verir ki, məlumatı bölgə üzrə Rusiya İstintaq Komitəsi yayıb.
İstintaqın versiyasına görə, hadisə baş verən gün evdə ana və onun birlikdə yaşadığı kişi olub. Onların bir yaşlı uşağı ağlamağa başlayıb, bu isə böyüklərin əsəblərini pozub. Nəticədə hər ikisi növbə ilə uşağı döyüb, azyaşlı ağır bədən xəsarətləri alaraq ölüb.
Ana təcili tibbi yardımı yalnız bir sutka sonra çağırıb. Həkimlərlə söhbətində o, uşağın guya yıxılıb beşiyə başını vurduğunu, həmçinin həmin an sevgilisinin evdə olmadığını iddia edib.
“İstintaq zamanı qadının və onun birlikdə yaşadığı şəxsin cinayətə birbaşa aidiyyəti müəyyən olunub, qadının versiyası toplanan sübutlarla təkzib edilib,” — deyə idarənin açıqlamasında bildirilib.
Məhkəmə qadını ümumi rejimli koloniyada cəza çəkməyə göndərib. Onun partnyoru ilə bağlı istintaq işi müvəqqəti dayandırılıb.

