ABŞ-da faciə baş verib — hamilə qadın atın zərbəsindən həyatını itirib.
Hadisə Men ştatının Lisbon şəhərində qeydə alınıb. 33 yaşlı Beverli Qlik, Amiş icmasının üzvü olub və hadisə zamanı tövlədə inəyi sağırmış. Bu zaman iki at bir-biri ilə dalaşıb və onlardan biri qadının başının arxasına təpik vurub.
Qlik dərhal xəstəxanaya aparılsa da, həkimlər nə onu, nə də doğulmamış körpəsini xilas edə bilməyiblər. Hadisə baş verən anda qadın hamiləliyin yeddinci ayında olub.

