Bakıda 50 yaşlı kişini maşın vurub öldürüb.
Denmedia.az oxu.az-a istinadən xəbər verir ki, Zakir Məmmədağa oğlu Musayev Sabunçu rayonu, Maştağa şosesində qəsəbə istiqamətində "Toyota Prius" markalı avtomobillə hərəkətdə olarkən piyada 1975-ci il təvəllüdlü Elşən Paşa oğlu Əskərovu vurub.
Piyada aldığı xəsarətlərdən yerləşdirildiyi Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.

