26 
dek
2023
10:17
158

Şəkidə yük maşını 88 yaşlı kişini vurub öldürdü

26 dek, 2023
10:17
158

Şəkidə yük maşını 88 yaşlı kişini vurub öldürdü

Şəkidə avtomobil piyadanı vurub.

Den.az xəbər verir ki, hadisə şəhərin Ç.Mustafayev küçəsində baş verib. Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyində sürücü işləyən, Şəhər sakini 50 yaşlı Əliyev İlqar Mirzə oğlu idarəyə məxsus “JAC-Tranzit” markalı yük avtomobilini arxa istiqamətdə hərəkət etdirərkən yolu keçən piyada 88 yaşlı Mərdanov Paşa Hümmət oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar