Dünən Bakıda piyadaların ölümü ilə nəticələnən ağır yol qəzaları baş verib.
“Denmedia.az” xəbər verir ki, Sabunçu rayonunda 1996-cı il təvəllüdlü P.Şükürov idarə etdiyi “Renault” markalı avtomobillə 1989-cu il təvəllüdlü piyada Könül Məmmədakif qızı Məmmədovanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Oxşar hadisə Səbail rayonunda da qeydə alınıb. 2002-ci təvəllüdlü S.Mehdizadə “Hyundai Elantra” markalı avtomobillə Dövlət Bayrağı Meydanının yaxınlığında 1988-ci il təvəllüdlü piyada Axundova Vlada Vladislavovnanı vurub. 37 yaşlı qadın hadisə yerində vəfat edib.
Hər iki faktla bağlı cinayət işi başlanıb.

 
        
         
                     
                     
                 
                 
                 
                 
                