ABŞ-ın Provaydens şəhərində yerləşən Braun Universitetinin rəhbərliyi ali təhsil müəssisəsinin ərazisində atışma baş verdiyini açıqlayıb.
Universitet ərazisində olan şəxslərdən növbəti bildirişə qədər təhlükəsiz yerlərdə qalmaları xahiş olunur.
“Evakuasiya mümkün deyilsə, gizlənin, sığınacaq tapın… son çarə olaraq özünüzü qorumaq üçün tədbirlər görün,” — deyə universitetin rəsmi saytında yerləşdirilən elanında bildirilir.
Məlumata görə, bir nəfər şübhəli şəxs saxlanılıb.

