CNN-in məlumatına görə, ABŞ-da Braun Universitetində baş vermiş atışma ilə bağlı şübhəli şəxs saxlanılıb. Telekanal bildirir ki, saxlanılan şəxs 24 yaşlı Benjamin Eriksondur — ABŞ ordusunun veteranı, Viskonsin ştatında yaşayan şəxs. Atışma Rod-Aylend ştatının Provaydens şəhərində baş verib. Hazırda Erikson nəzarət altında saxlanılır.
“Braun Universitetindəki atışma ilə əlaqədar saxlanılan və hüquq-mühafizə orqanları tərəfindən Benjamin Erikson kimi tanınan şəxs mükafatlarla təltif olunmuş hərbçidir və əvvəllər Arlinqton Milli Qəbiristanlığında (Vaşinqton yaxınlığında yerləşən hərbi qəbiristanlıq) vəzifə tutub,” — deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Erikson 2021-ci ilin mayından 2024-cü ilin noyabrınadək ABŞ ordusunda piyadaçı kimi xidmət edib. O, xidmətdən azad edilib və heç vaxt döyüş zonasına göndərilməyib. Provaydens polis rəisi Oskar Peres mətbuat konfransında saxlanılan şəxsin təxminən 20 yaşlarında olduğunu bildirib və istintaqla bağlı əlavə detalları açıqlamaqdan imtina edib.

