Ekvadorun Manabi əyalətində baş verən atışma nəticəsində azı altı nəfər həlak olub. Bu barədə El Comercio qəzeti məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, 28 dekabr səhər saatlarında silahlı şəxslər Manabi əyalətində yerləşən balıqçı qəsəbəsi Puerto Lopezdə atəş açıblar. Ölənlər arasında iki yaşlı uşaq da var.
Hadisənin cinayətkar qruplaşmalarla əlaqəli ola biləcəyi qeyd olunur. Yaralıların dəqiq sayı isə hələ dəqiqləşdirilir.

