Sumqayıt şəhərində fərdi yaşayış evlərində dəm qazından zəhərlənmə faktları baş verib.
Bu barədə Denmedia.az-a daxil olan məlumatda bildirilir.
Hadisələrdən biri şəhərin Ceyranbatan bağları, “ətkəsənlər” adlanan ərazisində qeydə alınıb. 1960-cı il təvəllüdlü Yusifova Qənirə Kərəm qızı hamam otağında dəm qazından zəhərlənib. Zərərçəkən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Digər hadisə Sumqayıt şəhəri, TUQ zavodu ərazisində yerləşən fərdi yaşayış evində baş verib. 1968-ci il təvəllüdlü Quliyeva Təranə Səməndər qızı hamam otağında dəm qazından zəhərlənib. Hadisə yerinə gələn Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının əməkdaşları tərəfindən ona ilkin tibbi yardım göstərilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Ellada Rəsul
Denmedia.az

