Sumqayıtda 1 ailənin 5 üzvü dəm qazından zəhərlənib,1 nəfər ölüb.
Den.az xəbər verir ki, Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün zəhərlənməsi barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.
Belə ki, hadisədə ölən şəxs 1958-ci il təvəllüdlü Sabir Süleyman oğlu Kazımovdur. Dəm qazından zəhərlənənlər isə 1958-ci ildə Müxlisə Hacı qızı Kazımova,1999-cu il təvəllüdlü İlahə Əmrah qızı Kazımova, 2020-ci il təvəllüdlü Aleyna Rahib qızı Kazımova və 2022-ci il təvəllüdlü Anuro Rahib qızı Kazımovadır.
Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Sumqayıt Tibb Mərkəzindən isə bildirilib ki, zəhərlənən şəxslər ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir.
Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib, ölən var: VİDEO -YENİLƏNİB

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.