İspaniyada iki yüksək sürətli qatarın relsdən çıxması nəticəsində həlak olanların sayı 21 nəfərə çatıb. Bu barədə Reuters agentliyi krallığın daxili işlər nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
İspaniyanın TVE telekanalının verdiyi məlumata görə, təxminən 100 nəfər xəsarət alıb, onlardan 25-nin vəziyyəti ağırdır.
Hadisə Andalusiya muxtar icmasında baş verib. Qəza Malaqa–Madrid marşrutu üzrə hərəkət edən və göyərtəsində təxminən 300 sərnişin olan qatarda qeydə alınıb. Məlumata əsasən, relsdən çıxan qatar Madrid–Uelva istiqamətində hərəkət edən, təxminən 100 sərnişini olan digər qatarla toqquşub. Hər iki şəhər Andalusiyada yerləşir.
Qəzanın səbəbləri hələlik açıqlanmayıb. Madrid–Andalusiya xətti üzrə yüksək sürətli qatarların hərəkəti 20 yanvaradək dayandırılıb.

