Torpaq sürüşməsi İngiltərənin şimal-qərbində qatarın relsdən çıxmasına səbəb olub.
Bu barədə Network Rail şirkətinin nümayəndəsi Səm Makduqall Sky News telekanalına açıqlama verib.
“İlkin məlumatlara görə, qatar hal-hazırda dayandığı nöqtədən bir qədər şimalda baş verən torpaq sürüşməsi ilə toqquşub,” — deyə o bildirib.
Makduqall əlavə edib ki, sürətli qatarın uğurlu konstruksiyası sayəsində qatarın böyük hissəsi relsdə qala bilib, relsdən çıxan yalnız baş vaqon olub.
Glazqodan Londona hərəkət edən qatarda ümumilikdə 87 nəfər olub, onlardan yalnız dördü yüngül xəsarət alıb. Heç kim xəstəxanaya yerləşdirilməyib.

