Amerikalı milyonçu Qordon Abbas Qudarji həyat yoldaşı **Arian Popoli**nin qətlində ittiham olunub. Bu barədə Daily Mail məlumat yayıb.
Məlumata görə, qadının meyiti noyabr ayında Los-Ancelesdən təxminən 110 kilometr uzaqlıqda, kənd ərazisində yol kənarındakı sıldırımın dibində aşkar edilib. Qurbanın şəxsiyyəti yalnız 1 dekabr tarixində müəyyən edilib və bundan sonra iş qəsdən adam öldürmə maddəsi üzrə yenidən təsnif edilib.
ABŞ mediasının yazdığına görə, ər-arvad uzun müddət əvvəl ayrılıb və 2025-ci ilin iyun ayında rəsmi şəkildə boşanma prosesinə başlayıblar.

