Böyük Britaniyada Marlboro hersoqu Çarlz Ceyms Spenser-Çörçillin qəsdən boğma ittihamı ilə məhkəmə qarşısına çıxacağı bildirilir. Bu barədə “The Mirror” qəzeti məlumat yayıb.
Məlumata görə, aristokrat həyat yoldaşı Edlaya qarşı üç epizod üzrə zorakılıqda ittiham olunur. İddia edilən hadisələrin Oksfordşir qraflığında 2022-ci ilin noyabrı ilə 2024-cü ilin mayı arasında baş verdiyi göstərilir.
70 yaşlı hersoq 13 may 2024-cü ildə saxlanılıb. Onun 57 yaşlı həyat yoldaşı Edla ilə 20 ildən artıq davam edən nikahı bundan sonra pozulub və 2024-cü ildə rəsmi olaraq boşanma baş tutub.
Hersoq məhkəmədə mövqeyini açıqlamalı olduğu dinləmələrə gəlmədiyi üçün iclaslar təxirə salınıb. İş 5 yanvar tarixində Hay-Uikomb məhkəməsində baxılacaq.
Daha əvvəl KİV aristokratın narkotiklərlə bağlı problemləri barədə dəfələrlə yazmışdı.

