Kolumbiyada daxili reys həyata keçirən sərnişin təyyarəsi qəzaya uğrayıb, 15 nəfərin hamısı həlak olub. Yerli KİV-lər xəbər verir ki, Beechcraft 1900 tipli təyyarə Kukuta–Okanýa marşrutu üzrə uçuş zamanı qəzaya düşüb.
Məlumata görə, təyyarə Kolumbiyanın dövlət aviaşirkəti Satenaya məxsus olub və Searca adlı çarter daşıyıcısı tərəfindən icarəyə götürülüb. Göyərtədə 13 sərnişin və 2 ekipaj üzvü olub.
Həlak olanlar arasında Kolumbiya Konqresinin Nümayəndələr Palatasının deputatı Diohenes Kintero, deputatlığa namizəd Karlos Salsedo, Okanýa şəhər bələdiyyə şurasının sabiq üzvü Xuan David Paçeko və onun həyat yoldaşı da var.
Qəzanın səbəbləri hələlik məlum deyil. Kolumbiya hakimiyyəti araşdırmalara başlayıb.

