ABŞ-ın Luiziana ştatında yerləşən Riverbend istintaq təcridxanasından zorakı cinayətlərdə şübhəli bilinən səkkiz məhbus qaçıb. Bu barədə ştat polisi rəsmi Facebook səhifəsində məlumat yayıb. Hadisə 30 yanvar səhər tezdən baş verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qaçanlardan üçü artıq saxlanılıb, digərlərinin axtarışı davam edir. Polis vətəndaşlara açıq xəbərdarlıq edib:
“Qaçanların hamısı zorakı cinayətlərdə şübhəli sayılır. Heç bir halda onlara yaxınlaşmayın.”
Qaçan məhbusların yaşları 19-dan 31-ə qədərdir. Onlara qarşı irəli sürülən konkret ittihamlar açıqlanmır. Ştatın baş prokuroru Liz Merrill vəziyyəti şəxsi nəzarətə götürdüyünü bildirib.

