Sumqayıt şəhərində binaların girişlərində oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb.
Den.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən sonra Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları dərhal araşdırmalara başlayıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəlilər – 38 yaşlı Azad Sarıyev və 29 yaşlı Zaur Ərzimanov saxlanılıb. Hazırda onların Sumqayıt ərazisində digər oxşar cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.
Rəsmi qurumlar vətəndaşları ehtiyatlı olmağa və şübhəli şəxslərlə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırır.