4 fevral 2026-cı il tarixdə saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub.
Denmedia.az xəbər verir ki, bu barədə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Pasiyent dərhal əməliyyat blokuna alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

