Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəllər Daşbulaq kəndində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Ələkbərov Sərxan Fikrət oğlu idarə etdiyi "VAZ2107” markalı avtomobillə piyada, 1974-cü il təvəllüdlü (52 yaş) Cəfərov İmaməddin Həsən oğlunu vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

