Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az xəbər verir ki, hadisə İnşaatçılar qəsəbəsində qeydə alınıb.
1970-ci il təvəllüdlü Yaqub Əhədovu minik avtomobili vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

