13 
avq
2023
12:30
255

Quba -Qusar yolunda sərnişin avtobusu aşıb,xəsarət alanlar var

13 avq, 2023
12:30
255

Quba -Qusar yolunda sərnişin avtobusu aşıb,xəsarət alanlar var

QusarQuba sərnişin avtobusu aşıb


Den.az xəbər verir ki, səhər saatlarında Qusardan Quba istiqamətində hərəkətdə olan "Temsa" markalı sərnişin avtobusu aşıb. Belə ki, Quba rayonunun Digah kəndi  ərazisində sürücü  Ravil Mahmudovun  idarə etdiyi avtobus yoldan çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. 
İlkin məlumata görə avtobusda 22 nəfər olub. Ölən yoxdur.

Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar