Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var.
Den.az xəbər verir ki, Yeni Gəncə qəsəbəsində şəhərdaxili sərnişin daşıyan mikroavtobusla "Toyota" markalı avtomobilin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri, 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.